Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi mübarizəni iki medalla başa vurublar
Far.Az xəbər saytı

Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi mübarizəni iki medalla başa vurublar


Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında fərdi yarışları iki medalla başa vurublar.

Far.Az report-a istinadən xəbər verir ki, bu gün tatamiyə çıxan Məsumə Məmmədli (70 kq) 1/6 final mərhələsində Vanessa Karaffovaya (Çexiya) uduzub.

Sübhan Axundov isə (+90 kq) 1/8 finalda Kaito Tokita (Yaponiya) ilə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 13 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar. Bu gün mundialda fərdi mübarizəyə yekun vurulur. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı
Azərbaycan güləşçiləri Xorvatiyadakı turnirin son günündə 5 medal qazanıblar
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin ikinci günündə 3 medal qazanıblar
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurublar - YENİLƏNİB
Avropa çempionatında 13 medal - Gənc güləşçilərimizdən möhtəşəm nəticələr

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər