Anasını hoteldə öldürməkdə ittiham edilən yeniyetmə: "Məni həbs edin"
İki gün əvvəl anasını hoteldə qətlə yetirməkdə ittiham olunan yeniyetmə hakim qarşısına çıxarılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 16 yaşlı A.Q. barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.
Yeniyetmənin hüquqlarını müdafiə edən vəkil Nicat Mehtixanov müvəkkilinin yaşını nəzərə alaraq barəsində alternativ qətimkan tədbiri seçilməsini təklif etsə də, yeniyetmə özü hakimdən həbs olunmasını xahiş edib.
Müdafiəçi, həmçinin hadisə ilə bağlı sosial şəbəkədə yayılan bəzi iddialara da münasibət bildirib. Onun sözlərinə görə, baş verənlər ana ilə oğul arasında əvvəldən mövcud olan münaqişənin davamı olub:
"Düzdür, hadisə geyimlə bağlı qısqanclıq mübahisəsi zəminində baş verib. Lakin iddia edildiyi kimi, oğulun anasını əvvəldən təqib etməsi və digər deyilənlər həqiqətə uyğun deyil. Onlar elə həmin gün birlikdə Türkiyədən qayıdıblar. Günorta şəhərdə gəziblər, bazarlıq ediblər. Hotelə yerləşdikdən bir-iki saat sonra isə aralarında bir neçə il əvvəldən başlayan mübahisə yenidən davam edib. Nəticədə də sözügedən cinayət hadisəsi qeydə alınıb".
N.Mehtixanov qətlin Binəqədi rayonunda yerləşən "Crossway" hotelində törədildiyini də təsdiq edib.
Qeyd edək ki, yeniyetmə ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir. Bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. Lakin qanunvericiliyə əsasən, 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzası təyin edilə bilməz.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













