Çin, İran və Rusiya "Snapback" mexanizmi ilə bağlı BMT-yə birgə məktub göndərib
Far.Az xəbər saytı

Çin, İran və Rusiya "Snapback" mexanizmi ilə bağlı BMT-yə birgə məktub göndərib


Çin, İran və Rusiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasına birgə məktub göndərərək Avropa ölkələrinin "Snapback" mexanizmini işə salmaq cəhdini pisləyiblər.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Avropanın "Snapback"i başlatmaq cəhdi hüquqi cəhətdən əsassızdır və siyasi cəhətdən dağıdıcıdır", - o bildirib.

Əraqçi vurğulayıb ki, hadisələrin ardıcıllığı yenidən yazıla bilməz. İran XİN başçısının sözlərinə görə, ABŞ və "Avropa üçlüyü"nün hərəkətləri BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə nüvə sazişi (Birgə Hərtərəfli Fəaliyyət Planı – red.) çərçivəsində İrana qarşı sanksiyaları ləğv edən 2231 saylı qətnaməsinə ziddir.

İran, Çin və Rusiya beynəlxalq hüququn prinsipini də xatırladıblar: hüquq və öhdəliklər ayrılmazdır və sazişi pozan dövlətlər öz üstünlüklərini tələb edə bilməzlər.

Sənəd üç ölkənin mövqeyini ortaya qoyur və diplomatiyanın effektiv fəaliyyət göstərməsi üçün beynəlxalq hüququn aliliyinin bərpasına çağırır.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər