Meyvəni çox yeyən ayının halı pisləşdi, xəstəxanalıq oldu
Far.Az xəbər saytı

Meyvəni çox yeyən ayının halı pisləşdi, xəstəxanalıq oldu


Türkiyənin İstanbul şəhərində üç yaşlı "Okan" adlı ayı meyvə yedikdən sonra xəstəxanalıq olub.

Far.Az xəbər verir ki, o, İstanbul Universiteti Cerrahpaşa Baytarlıq Fakültəsinə bağlı Araşdırma və Tətbiq Heyvanları Xəstəxanasına gətirilib və MRT çəkilib. Ayı müalicə olunduqdan sonra evə buraxılıb.

Bildirilib ki, Çekmeköydəki özəl Zoopark və Heyvan Reabilitasiya Mərkəzində baxılan "Okan" adlı üç yaşlı ayı yediyi meyvədən xəstələnib. Müalicə olunan ayı daha sonra onu zooparka aparıblar. MRT zamanı məlum olub ki, ayının sağlam olmasına baxmayaraq, soyuq meyvə yeməkdən soyuqdəymə olub.

Okanı müayinə edən həkim Ebu Derda Günay deyib ki, onunla ilk dəfə 3 il əvvəl tanış olub:

"Okanla 3 il əvvəl tanış olduq və o, təxminən 3 ildir izlədiyimiz bir xəstədir. Üç il əvvəl zəhərlənmə şikayəti ilə bizə gəlmişdi. Digər qardaşlarını da zəhərlənmədən itirmişdik. Testlərimiz zamanı kompüter tomoqrafiyası keçirdik və qanına baxdıq. Başqa problem olmadığını müəyyən etdik və qarın ağrısını müalicə etdikdə sağaldı. Hazırda vəziyyəti çox yaxşıdır, müalicə davam edir. Ümid edirik ki, bundan sonra başqa fəsadlarla rastlaşmayacağıq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu universitetlər rus bölməsinə ixtisas seçimini dayandırdı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Nail Kəmərli: "Narkomaniyanın artmasının əsas səbəblərindən biri ailə faktorudur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər