Ərinə 11 bıçaq zərbəsi vuran qadın HƏBS EDİLDİ
Bakının Nizami rayonunda kirayə yaşadıqları mənzildə Aynur Həsənova (soyadı şərtidir) ərini qısqanclıq və ailə mübahisəsi zəminində bıçaqla vurub.
BAKU.WS-in məlumatına görə, hadisə zamanı Sakit sərxoş və yatmış vəziyyətdə olduğundan köməksiz olub.
Aynur ona döş qəfəsi, qarın, boyun və ayaq nahiyyələrindən cəmi 9 bıçaq zərbəsi vurub.
Zərərçəkmiş aldığı ağır xəsarətlərə baxmayaraq, özü təcili tibbi yardım çağıraraq xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Məhkəmədə Aynur özünü qismən təqsirli bilməyərək, ərini öldürmək niyyətinin olmadığını iddia etsə də, ilkin ifadəsində və mobil telefon mesajlarında qəsdən öldürmə niyyətini etiraf edib. Şahidlər, o cümlədən Aynurun anası və qardaşı, ailədə tez-tez mübahisələrin olduğunu, Sakitin içki aludəçisi olduğunu və Aynurun dəfələrlə boşanmaq istədiyini təsdiqləyiblər.
Hadisə yerinə baxış, məhkəmə-tibbi ekspertiza və mobil telefon yazışmaları kimi sübutlar Aynurun qəsdən öldürməyə cəhd etdiyini sübuta yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Aynur Həsənvbanın iki azyaşlı övladının olmasını və zərərçəkmişlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib. O, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda 27 yaşlı qadın ərini başqa xanımla yazışanda tutdu: Doqquz bıçaq zərbəsi endirdi
Məcburi köçkün düşən, yaralanan, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













