"Qarabağ"ın prezidenti stadionla bağlı məsələdən danışdı
Far.Az xəbər saytı

"Qarabağ"ın prezidenti stadionla bağlı məsələdən danışdı


"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhəsindəki heç bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməyəcək.

Far.Az Sportnet.az-a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda həmin stadionun ot örtüyü yoxdur. T.Gözəl bütün qarşılaşmaların Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağını diqqətə çatdırıb.

O, Liqa mərhələsindəki hər bir rəqiblə oyunların maraqlı olacağını dilə gətirib: "İngiltərənin "Çelsi" və "Liverpul" kimi komandalarına qarşı oynayacağıq. Portuqaliya klubları ilə oynamaq mənə ləzzət verir.

"Napoli" də İtaliya üçün əzilmiş xalqın savaş simvoludur. Belə bir klubun "Qarabağ"la oynaması çox böyük bayramdır. Xaricdə bunu biləndə məni qucaqlayırlar. Artıq bizi sevir, qəbul edir, sevinirlər".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər