Bakıda gecə klubunda musiqiyə görə diceyi bıçaqlayan şəxsə cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən İntiqam Salayevin (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttiham aktına görə, hadisə 21 oktyabr 2024-cü il tarixində, saat 2 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən gecə klublarından birində qeydə alınıb. Müştəri qismində klubda olan təqsirləndirilən İntiqam Salayevlə orada dicey işləyən, zərərçəkmiş Fərid Əlizadə (soyadı şərtidir) arasında musiqi sifarişinin gec qəbul olunması səbəbindən mübahisə yaranıb.
Mübahisə zamanı zərərçəkmiş şəxs əvvəlcə İntiqam Salayevi yumruqla və sınmış bakalın parçası ilə vuraraq ona sol əl və sol çiyin nahiyəsinin kəsilmiş yaraları, burun və sağ gicgah nahiyələrinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirib. Bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olub.
Daha sonra təqsirləndirilən şəxs bıçaqla zərərçəkmişə hücum edib və ona xəsarətlər yetirib.
Hadisədən sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, İntiqam Salayev daha əvvəl adam bıçaqladığına görə məhkumluq həyatı yaşayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













