Məşhur müğənni qəzaya düşən VƏKİL QOHUMUNDAN DANIŞDI
Far.Az xəbər saytı

Məşhur müğənni qəzaya düşən VƏKİL QOHUMUNDAN DANIŞDI


Müğənni Cavad Rəcəbov qəzaya düşən vəkil qohumundan danışıb.

Bu barədə Far.Az-ə açıqlama verən sənətçi bildirib ki, yeznəsi, vəkil Elçin Ağayevin səhhəti hazırda yaxşıdır:

"Qohumum xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həkimlər ciddi bir narahatçılığı olmadığını deyirlər. Vəziyyəti yaxşı olacaq".

Xatırladaq ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış vəkildir, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.

*** 15:50

Lənkəran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev idarə etdiyi "Land Rover" markalı maşınla KIA markalı minik avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.

Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış vəkildir, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.

Faktla bağlı araşdırma aparılır.

Məşhur müğənni qəzaya düşən VƏKİL QOHUMUNDAN DANIŞDI

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər