Deputat: Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır
Far.Az xəbər saytı

Deputat: Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır


On dörd ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasındakı çıxışında deyib.

O vurğulayıb ki, bu, Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxlaq arenada böyük nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün olub:

"Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional kommunikasiyalar, süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək.

Enerji sahəsində əməkdaşlıq ABŞ-nin mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliklərini daha da gücləndirməsinə imkan yaradacaq. On dörd ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir".

Deputat bildirib ki, ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq:

"Belə bir əməkdaşlıq Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına da dəstək olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, onun iqtisadi fəallığı deməkdir".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər