Arvadından boşanan 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi - Hacıqabuldakı cinayətin TƏFƏRRÜATI
Hacıqabul rayonunda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonu, Şorbaçı kəndi ərazisində baş verib.
Rayonun 2-ci Udulu kənd sakini, 1992-ci il təvəllüdlü Tarix Məmmədov 2014-cü ildə ailə həyatı qurub. Onun birgə nikahdan iki övladı olsa da, 2017-ci ildə boşanıb və heç bir yerdə işləməyib.
Bir müddət əvvəl kafedə spirtli içki qəbul etdikdən sonra qardaşı ona zəng vuraraq Paşalı kəndinə getməyi və oradan avtomobil ehtiyat hissəsi almağı xahiş edib. Spirtli içki qəbul edən Tarix Məmmədov sürücülük hüququ olmadan qardaşına məxsus avtomobillə həmin ünvana gedib.
O, Şorbaçı kənd orta məktəbinin qarşısında azyaşlı, 5-ci sinif şagirdi olan G.N.-i görür və ehtiraslanır. O, avtomobilini saxlayıb qıza maşına minməyi xahiş edir. Azyaşlı qız tanımadığı maşına minmədiyini bildirsə də, Tarix onu və atasını tanıdığını bildirir. O təklif edir ki, qızı evlərinə aparsın. G.N Tarixə inanıb avtomobilə əyləşir. Bir müddət yol getdikdən sonra qız görür ki, Tarix avtomobili onların evi tərəfə deyil, başqa istiqamətə sürür. Azyaşlı ondan hansı istiqamətə getdiyini soruşanda, Tarix "Səni gəzməyə aparıram, gəzək, sonra evinizə qaytaracağam" deyir.
Tarix dağlıq ərazidə avtomobili saxlayaraq avtomobilin arxa oturacağına keçib qızı soyundurur. Daha sonra o, 10 yaşlı qıza seksual xarakterli hərəkətlər edir, qeyri-təbi yolla onunla cinsi əlaqədə olur. Daha sonra Tarix avtomobillə qızı evlərinə yaxın ərazidə düşürüb yoluna davam edir.
Avtomobildən düşən azyaşlı çantasındakı qələmlə avtomobilin nömrə nişanını əlinə yazır və evlərinə qaçıb hadisəni anasına danışır. Qızın valideynləri hadisə barədə polisə məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Tarix Məmmədov avtomobili ilə birlikdə kənd ərazisində aşkar edilərək saxlanılır və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilir.
Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Tarix Məmmədov 18 il 6 ay azadlıqdan məhrum edilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













