Sabirabadda 14 yaşlı qızla nişanlanan OĞLAN DA HƏBS EDİLDİ
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlanın nişanlanması ilə bağlı bəzi təfərrüat məlum olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən dərhal qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib, hər iki tərəfin valideyləri polis şöbəsinə dəvət olunublar. Araşdırmalarla bəyin 20, qızın isə 14 yaşı olması müəyyən edilib. Ailələr ilə izahedici söhbətlər aparılıb və qeyd edilən halın qanunla qadağan olduğu izah edilib.
Lakin, həmin vaxt yeniyetmə qızın valideyni H.Fərzəliyev, eləcə də bəy E.Məmmədli səs-küy salaraq, polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də həmin şəxslər hərəkətlərini davam etdirərək, ictimai qaydanı pozublar. H.Fərzəliyev və E.Məmmədli barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunub, iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onlar səkkiz sutka inzibati qaydada həbs olunublar.
*** 11:36
Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət ediliblər. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.
O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə həri məclisinin olduğunu deyib.
İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..."
-
Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək
-
Sabah 27 dərəcə isti olacaq - Bazar gününün havası
-
Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
-
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb













