Marsda bəbir ləpiri izləri
NASA alimləri Marsda aşkarlanan qeyri-adi qayaların bu planetdə keçmişdə həyat izlərinin ola biləcəyinə dair ən güclü sübutlardan birini təqdim etdiyini açıqlayıb.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, Perseverance aparatı Jezero kraterindəki qədim çay yatağında "bəbir naxışları" və "xaşxaş toxumu"na bənzər izlərin olduğu qeydə alıb. Alimlər bu izlərin milyardlarla il əvvəl mikroorqanizmlərin yaratdığı kimyəvi reaksiyalarla bağlı ola biləcəyini düşünür.
Tədqiqatçılar qeyd edir ki, bu mineral izləri Yer üzündə olsaydı, mikrobların fəaliyyəti ilə izah edilərdi. NASA isə məsələni dəqiq təsdiqləmək üçün qayaların Yerə gətirilərək laboratoriyada araşdırılmasının vacibliyini vurğulayır.
Mars bu gün quru və soyuq çöl görünüşündə olsa da, keçmişdə qalın atmosferə və su mənbələrinə malik olub. Perseverance 2021-ci ildən bəri planetdə həyat əlamətləri axtarışını davam etdirir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Təbii mineral sulara dair sanitariya norma və qaydalar təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













