Palçıq vulkanları TORPAQ SÜRÜŞMƏSİNƏ səbəb ola bilər
Far.Az xəbər saytı

Palçıq vulkanları TORPAQ SÜRÜŞMƏSİNƏ səbəb ola bilər


Palçıq vulkanlarının püskürməsi təkcə palçıq və qaz axını ilə məhdudlaşmır, bəzi hallarda bu proseslər torpaq sürüşməsini də şərtləndirə bilir. Mütəxəssislərin sözlərinə görə, belə hadisələr xüsusən yağıntılı havalarda daha çox müşahidə olunur.

Məsələ ilə bağlı Far.Az-ə danışan geoloq Əvəz Məmmədov bildirib ki, sürüşmələr torpaq qatlarında yaranan titrəyişlər nəticəsində baş verir: "Vulkan püskürməsi zamanı sürüşmələr baş verə bilər. Ümumiyyətlə, sürüşmələr müəyyən titrəyişlər zamanı yaranır. Xüsusən də yağışlardan sonra torpaq nəm çəkir və sürüşmə müstəvisi formalaşır. Belə şəraitdə istər palçıq vulkanının püskürməsi, istərsə də mikrozəlzələlər torpaq sürüşməsinə gətirib çıxara bilər".

Geoloqun sözlərinə görə, bu cür proseslər vulkan ətrafında yerləşən yaşayış məntəqələri və infrastruktur üçün risk yaradır. Odur ki, ərazilərdə mütəmadi monitorinq aparılması, torpaq laylarının hərəkəti və vulkan aktivliyinin izlənməsi böyük əhəmiyyət kəsb edir.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər