Qərbi Azərbaycan Xronikası: İrəvan xanlığının unudulmuş mətbəx xəzinələri
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, "İrəvan xanlığının unudulmuş mətbəx xəzinələri" adlı buraxılışda Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov İrəvan xanlığının unudulmuş mətbəx xəzinələrindən söz açıb.
O bildirib ki, İrəvan mətbəxi saray və köçəri ənənələrinin qovuşuğudur: "Azərbaycan mətbəxi xəritəsi xörəklərin dili ilə danışan xalçadır. Torpağa qayıdan xalq mətbəxini də geri gətirir".
Əməkdar mədəniyyət işçisi köçəri mətbəxindən oturaq mətbəxə keçidin xüsusiyyətləri, paxlava, şəkərbura, şilə plovu, İrəvan kətəsi, tutmaç, buğraç, xəngəl ənənələri və türk dünyasında yayılma xəritəsindən söz açıb.
T.Əmiraslanov İrəvan mətbəxinin sirləri və tarixçəsi, eləcə də paxlavanın niyə saraylarda yaranmasına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı"
Qərbi Azərbaycan Xronikası: İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları
Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi
Qərbi Azərbaycan Xronikası: “Albaniya konfederasiyasını quran və əsasını təşkil edən türklərdir”
Qərbi Azərbaycan Xronikası: "Gümrü Kimmer türk tayfasının adını əks etdirir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













