"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək?
Far.Az xəbər saytı

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək?


Paytaxtda "Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıqlar sürətlə davam edir. Quraşdırma və söküntü işlərinə yalnız yerli podratçılar cəlb olunub. Təkcə bu il hazırlıqda 2 162 işçi çalışır. Yarış həftəsində bu sıraya 1 500 nəfər də qoşulacaq. Bu il istifadə edilən texnologiyalar sayəsində enerji tələbatı ötən illə müqayisədə 30% aşağı düşəcək.

Yarış günlərindəisə Bakıya 12 mindən çox xarici turistin gələcəyi gözlənilir. Rəsmi statistikaya görə, ötən il tamaşaçıların 80%-dən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaq sadəcə "Formula-1" ab-havası yaşamaq üçün paytaxta üz tutub. "Formula-1"in açıqladığı rəqəmlərə görə, azarkeşlərin 55%-i Azərbaycan Qran-prisini dostlarına tövsiyə etməyə hazırdır. 72% respondent isə isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.

Azərbaycan Hotellər Assosiasiyasından bildirilib ki, bu il də "Formula-1" zamanı turizm sektorunda izdiham müşahidə olunur. Hotellərin böyük əksəriyyəti tam bron olunub.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər