2026-cı ildə dollar bahalaşacaq? - Manatın taleyi barədə AÇIQLAMA
"Manatın ABŞ dollarına nisbətən məzənnəsi tədiyyə balansının vəziyyətinin, eyni zamanda ölkəyə daxil olan valyutanın həcmindən asılı olacaq".
Bu barədə tanınmış iqtisadçı, Millət vəkili Vüqar Bayramov Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 2026-cı ildə neftin qiyməti ilə proqnozlar pessimistdir.
"Belə ki, əksər proqnozlarda neftin bir barelinin qiymətinin 50-60 dollar civarında dəyişəcəyi qeyd olunur.
Bu baxımdan ölkəyə daxil olan valyutanın həcmi birbaşa neftin qiymətindən asılı olacaq.
Mərkəzi Bankın da əvvəlki açıqlamalarından bəlli olur ki, əgər neftin qiyməti 50 dollardan aşağı olarsa, bu ölkəyə daxil olan valyutanın həcminə təsir göstərə bilər. Bu konteksdən növbəti ildə tədiyyə balansının vəziyyəti neftin dünya bazarındakı qiymətindən asılı olacaq".
Deputat deyir ki, Azərbaycan manatının dəyəri Mərkəzi Bankın siyasəti nəticəsində müəyyən ediləcək:
"Bir şeyi də unutmayacaq, Azərbaycan üzən məzənnə rejiminə keçməyib. Bu baxımdan manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rubl "çökəcək" - bəs manatı nə gözləyir? - Vüqar Bayramovdan AÇIQLAMA
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB













