Tahir Gözəl: "Qarabağ" Azərbaycan futbolunun gücünü Avropaya göstərib"
Far.Az xəbər saytı

Tahir Gözəl: "Qarabağ" Azərbaycan futbolunun gücünü Avropaya göstərib"


"Qarabağ" Azərbaycan futbolunun gücünü Avropaya göstərib.

Far.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

O, Heydər Əliyev Hava Limanında komandanın qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlama verib:

"Bu, böyük zəfərdir. Xalqımıza və Prezident İlham Əliyevə həsr edirik. Qürur duyuruq. "Qarabağ"ın sistemi və illərin təcrübəsi var. Bu, klubdakı birliyin nəticəsidir. Avrokuboklarda 9 matçda uduzmamışıq. Möhtəşəm klubuq".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2.

Oxşar xəbərlər

BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Çempionlar Liqası: "Qarabağ" "Benfika" səfərində tarixi qələbə qazanıb
Çempionlar Liqası: "Qarabağ" "Benfika" səfərində hesabda irəli çıxıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər