"Formula 1": Azərbaycan Qran-prisi müasir klassikaya çevrilib
Azərbaycan Qran-prisi kimi tarixi və yüksək sürəti özündə birləşdirən az sayda yarış var. Yarış müasir klassikaya çevrilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Formula 1"in rəsmi səhifəsində Azərbaycan Qran-prisinə həsr olunmuş məqalə bildirilib.
"Azərbaycan Qran-prisi tez bir zamanda ən parlaq, maraqlı yarış kimi ad qazanıb. Qran-pri təqvimdə mühüm yer tutub, yarışların qeyri-müəyyənliyini tamamilə özünəməxsus atmosfer və mühitlə birləşdirir. Məhz bu birləşmə Bakını xüsusi edir", - məqalədə vurğulanıb.
Şəhər trekinin mənzərəsi unudulmaz olması, maşınların UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan İçərişəhərin yanından, Xəzər dənizi boyunca keçib və Alov qüllələrinin yaxınlığından ötmələri, həm tribunalardan, həm də evdən izləyən azarkeşlər üçün bunun əsl tamaşa olması qeyd olunub.
"Bu memarlıq ahəngi Bakını "Formula 1"-in canlı təcəssümünə çevirir. Bakı trekinin tarixində təhlükəsizlik maşınları, qəzalar və yarışın taleyini həll edən hadisə dönüşləri əbədi qalıb", - məqalədə bildirilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürüb.
Oxşar xəbərlər
DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













