Qəribə iş qaydaları: dünya ölkələrində tətbiq olunan nümunələr
Dünyanın müxtəlif ölkələrində və şirkətlərində işçilərin gündəlik həyatına təsir edən fərqli, bəzən də olduqca qəribə qaydalar mövcuddur. Rəsmi və qeyri-rəsmi mənbələrə əsasən, bu qaydalar əmək münasibətlərində həm maraqlı, həm də mübahisəli nüanslar yaradıb.
Far.Az-in araşdırmasına görə, işçilərin təxminən 60 faizi iş yerlərində rəsmi sənədlərdə əksini tapmayan, amma onlardan gözlənilən "yazılmamış" davranış qaydaları ilə qarşılaşır. Bu isə əməkdaşlar arasında anlaşılmazlıq və əlavə stress yaradır.
CV-Library sorğusu göstərir ki, bəzi şirkətlərdə işçilərə masada yemək və içki qəbul etməyə qadağa qoyulur, bir neçə dəqiqə gecikən əməkdaşın maaşından tutulma edilir. Hətta xəstəlik zamanı həkim arayışının məcburi təqdim olunması, tualet fasilələrinin məhdudlaşdırılması, həmkarlarla yalnız istirahət otağında danışmaq icazəsi və saqqal buraxmamaq kimi şərtlər mövcuddur.
Məlumata görə, Amazon-un anbarlarında çalışan işçilər şəxsi əşyaları ilə bağlı ciddi qaydalara tabe olurlar. Burada saat, telefon və hətta dodaq boyası kimi gündəlik əşyaları gətirmək qadağan edilib.
İngiltərədəki bəzi xəstəxanalarda işçilərin qəbul şöbəsində isti içkilərdən istifadə etməsinə qadağa qoyulub. Yaponiyada isə bəzi bələdiyyələrdə məmurlara saqqal buraxmamaq tələbi irəli sürülüb.
Norveçdə çağrı mərkəzlərində işçilərin masadan ayrılma müddəti izlənilir. Məsələn, 8 dəqiqədən artıq fasilə verildikdə sistem avtomatik xəbərdarlıq edir.
Yaponiyada qəbul edilmiş qanuna əsasən, 40–74 yaş arası işçilərin bel ətrafı ölçüləri izlənilir. Normadan artıq nəticələrdə isə onlara diet və sağlamlıqla bağlı məsləhətlər verilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













