"Axios": İsrail ABŞ-dən Qahirəyə təzyiq göstərməyə çağırıb
Far.Az xəbər saytı

"Axios": İsrail ABŞ-dən Qahirəyə təzyiq göstərməyə çağırıb


İsrailin Baş naziri Benyamin Netanyahu Misirin Sinay yarımadasında öz qüvvələrini artırdığına və hərbi infrastrukturu inkişaf etdirdiyinə dair xəbərlər aldığı üçün Vaşinqton administrasiyasından Qahirəyə təzyiq göstərməyi xahiş edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Amerika və İsrail rəsmiləri arasında olan mənbələrə görə, Netanyahu Tramp administrasiyasından Misirə Sinay son zamanlar güc toplamasını azaltmaq üçün təzyiq göstərməyi xahiş edib.

Qeyd edək ki, Netanyahu bu həftənin əvvəlində Qüdsdə keçirdiyi görüşdə ABŞ dövlət katibi Marko Rubioya Sinay yarımadasında Misir tərəfindən 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsini ciddi şəkildə pozan addımların siyahısını təqdim edib. Belə ki, Misir tərəfi yarımadada hücum məqsədləri üçün istifadə oluna bilən hərbi infrastruktur yaradır.

İsrail rəsmiləri Misir bazalarının uçuş-enmə zolaqlarının uzadıldığını və raketlərin saxlanması üçün istifadə oluna biləcək yeraltı qurğuların tikildiyini bildiriblər. İsrail tərəfinin bildirdiyinə görə, yəhudi dövlətinin nümayəndələri diplomatik və hərbi kanallar vasitəsilə sorğular göndərəndə Qahirə bu hərəkətlərə ağlabatan izahat verməyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər