Anasının dolabda gizlənən tanışını bıçaqlayan gəncə hökm oxundu
Far.Az xəbər saytı

Anasının dolabda gizlənən tanışını bıçaqlayan gəncə hökm oxundu


Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vaqif Qayıbzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Far.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, hadisə 2025-ci il aprelin 25-də, saat 02:40 -da Şəmkir rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Vaqif Qayıbzadə həmin vaxt evdə olarkən, orada kənar şəxsin gizləndiyindən şübhələnib. Evi axtararkən o, anası ilə nikahdankənar qeyri-rəsmi münasibətdə olan zərərçəkmiş Yaqub Babayevi (adı, soyadı şərtidir) qadına aid yataq otağının dolabında görüb. Təqsirləndirilən şəxs onun evə oğurluq məqsədilə girdiyini güman edərək mətbəxdən götürdüyü bıçaqla hücum edib. O, dolabda gizlənmiş zərərçəkmişi əvvəlcə bıçaqla, sonra isə yumruq zərbələri ilə vuraraq ona xəsarət yetirib.

Hadisədən sonra Vaqif Qayıbzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər