Ələtdə hava limanının açılış tarixi açıqlanıb
Ələt Azad İqtisadi Zonasında beynəlxalq hava limanının tikintisi gələn ilin sonunadək başa çatdırılacaq, aeroportun açılışı isə 2027-ci ilin birinci rübündə baş tutacaq.
Far.Az Report-a istinadən xəbər verir ki, bunu "Silk Way West Airlines" aviaşirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) zamanı deyib.
"Ələtdə hava limanının tikintisinə 2023-cü ilin sonunda başladıq. Azad ticarət zonası və azad iqtisadi zonada yüklərin aviadaşınması və logistikasının bütöv bir ekosistemi yaradacağıq. Bu, iqtisadiyyata, nəqliyyatın əlçatanlığına və bu ölkədə logistika sektorunun inkişafına böyük təkan verəcək. Bu, "yaşıl" hava limanı olacaq. Damlarda günəş panelləri quraşdırılacaq, xidmət avadanlığı isə elektriklə təchiz ediləcək. Bu, gələcəyin hava limanı, dörd kilometrlik uçuş-enmə zolağı olan yük daşınması üçün istifadə edilən "yaşıl" hava limanı olacaq", - şirkət prezidenti əlavə edib.
V.Mayer "Silk Way"in Orta Dəhliz boyunca intermodal marşrutların inkişaf etdirilməsi planlarını açıqlayıb.
"Bakı strateji mərkəzimizdir. Bu, Şərqlə Qərbin qovuşduğu, dünyanın hər yerindən insanları birləşdirdiyimiz yerdir. Orta Dəhliz həmişə Şərq-Qərb nəqliyyat marşrutlarının "ögey övladı" olub. Son zamanlar bu "ögey uşaq" böyük populyarlıq qazanıb. Biz "Silk Way" olaraq bu qədim İpək Yolu boyunca təkcə "hava-hava" marşrutlarını yox, həm də intermodal marşrutları inkişaf etdirəcəyik; quru yollarını hava yolları ilə, dəmir yolu marşrutlarını isə hava yolları ilə birləşdirəcəyik", - o söyləyib.
V.Mayer qeyd edib ki, bunu "Silkway Group"un öz yüklərinin daşınması üçün inşa etdiyi yeni hava limanı vasitəsilə etməyi planlaşdırırlar.
Qeyd edək ki, yüklərin daşınması üçün nəzərdə tutulan hava limanı 750 hektardan çox ərazini tutacaq. Birinci mərhələdə onun ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək, gələcəkdə isə bu rəqəmin 1,5 milyon tona çatdırılması planlaşdırılır.
Oxşar xəbərlər
Silk Way West Airlines ən böyük vergi ödəyicisi mükafatına layiq görülüb
Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu
"Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
"Silk Way West Airlines" şirkətinin üçüncü "Boeing 777" yük təyyarəsi Bakıya gəlib
Çin şirkəti Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsal edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













