Salyanda avtoxuliqanlıq edib videosunu "TikTok"da paylaşdı, həbs edildi
Salyan rayonunda avtoxuliqanlıq edib videosunu paylaşan sürücü həbs edilib.
Far.Az-in məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Rayon sakini Nihat Babayev idarə etdiyi "Tofaş" markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.
Onun barəsində protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb edilib
Ali Məhkəmə "Tiktok"da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Dünən sürücülük hüququ əldə edən şəxs bu gün iritonnajlı avtomobil idarə edir" - Deputat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













