Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub-YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.
"Far.Az" xəbər verir ki, dövlət başçısına görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.
Dövlət başçısı inzibati binanın təməlini qoydu.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.
"Far.Az"un məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze"də açılış mərasimində - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb
-
Siqaret çəkmək əsəbləri sakitləşdirir?
-
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
-
Polşanın şimal-şərqində NATO-nun "Amber Shock" təlimləri keçirilir













