Trampın iddialarını alimlər təkzib etdilər
Far.Az xəbər saytı

Trampın iddialarını alimlər təkzib etdilər


ABŞ Prezidenti Donald Trampın parasetamol və peyvəndləri autizmlə əlaqələndirən açıqlamaları dünya tibb ictimaiyyətinin ciddi reaksiyasına səbəb olub. Dünya Səhiyyə Təşkilatı (DST) və bir sıra ölkələrin səhiyyə qurumları bu iddiaları "elmi əsası olmayan" və "təhlükəli" kimi qiymətləndirib.

DST-nin sözçüsü Tarik Yaşareviç bildirib ki, "Elmi faktlar sübut edib: peyvəndlər autizmə səbəb olmur, əksinə milyonlarla insanın həyatını xilas edir".

BAKU.WS xəbər verir ki, Böyük Britaniyanın səhiyyə naziri Ues Striçinq isə insanlara müraciət edərək Trampın dediklərinə deyil, həkimlərin tövsiyələrinə qulaq asmağı tövsiyə edib.

İngiltərənin Dərmanlara Nəzarət Agentliyi (MHRA) parasetamol ilə autizm arasında əlaqənin olmadığını açıqlayıb.

Avropa Dərman Agentliyi də eyni mövqeyi bölüşərək "mövcud elmi məlumatlarda heç bir bağlılıq yoxdur" deyib.

İspaniya və Avstraliyanın səhiyyə qurumları da dərmanın hamilələr üçün təhlükəsiz olduğunu təsdiqləyib.

Mütəxəssislər Trampın iddialarının elmi əsaslardan uzaq olduğunu vurğulayıb. İsveçdə 2024-cü ildə aparılan, 2,4 milyon doğumu əhatə edən genişmiqyaslı araşdırma da hamiləlik dövründə parasetamol istifadəsi ilə autizm arasında heç bir əlaqə tapmadığını ortaya qoyub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Xəstələrin dərman dərdi - Xərcləri artıran səbəblər nələrdir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər