117 yaşlı qadının DNT-si uzunömürlülük sirrlərini açdı
Far.Az xəbər saytı

117 yaşlı qadının DNT-si uzunömürlülük sirrlərini açdı


117 yaşında vəfat edən Mariya Branyasın DNT-si üzərində aparılan araşdırma onun uzunömürlülük səbəblərinə işıq salıb.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, Barselonada aparılan tədqiqatda Branyasın genomunun yaşına baxmayaraq gənc xüsusiyyətlərə malik olduğu müəyyən edilib. Onun immunitet, ürək və beyin sağlamlığı ilə bağlı nadir genetik üstünlüklərə sahib olduğu bildirilib.

Qadının yaxşı xolesterol səviyyəsinin yüksək, pis xolesterol və triqliseridlərinin isə çox aşağı olduğu açıqlanıb. Həmçinin onun həyat tərzi – sosial aktivlik və Aralıq dənizi tipli qidalanma (Aralıq dənizi ölkələrinin (İtaliya, Yunanıstan, İspaniya və s.) ənənəvi yemək vərdişlərinə əsaslanan sağlam qidalanma modelidir. Həkimlər uzunömürlülük və ürək-damar sağlamlığı üçün ən faydalı qidalanma üsullarından biri hesab edirlər.) da mühüm amil kimi göstərilib.

Araşdırma nəticələri Cell Reports Medicine jurnalında dərc olunub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Çəkinin artması yalnız qidalanmadan asılı deyil – Genetik faktorlar da rol oynayır
Azərbaycan nümayəndə heyəti Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər