Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Zəngilanda birgə tədbir keçirib
Zəngilan rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksəkrütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçiriblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən "Far.Az"a verilən məlumata görə, tədbirdə general-mayor Azad Abdullayev, Hərbi prokurorun böyük köməkçiləri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə polkovniki Fərəc Sayılov, Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov, eləcə də digər şəxslər çıxış ediblər.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə, dövrün tələblərinə uyğun şəkildə, uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətində Azərbaycanda görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlardan söz açıblar.
Sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən söz açan tədbir iştirakçıları ətraf mühitin daha da sağlamlaşdırılmasının və etibarlı qorunmasının əhəmiyyətini vurğulayıblar.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində, həmçinin hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.
Sonda iştirakçılar tərəfindən ağaclar əkilib.
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətdən GÖRÜNTÜLƏR - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb













