Azərbaycanın Xorvatiyadakı səfirinin "Dinamo" - "Qarabağ" matçında iştirakı gözlənilir
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" klubunun səfərdə Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi ilk matçda Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanovun da iştirak edəcəyi gözlənilir.
Bunu "Far.Az"a açıqlamasında Ağdam klubunun mətbuat katibi Anar Hacıyev bildirib.
Azərbaycan çempionunu nə qədər azarkeşin dəstəkləyəcəyi isə sual altındadır. "Qarabağ"ı "Maksimir" stadionunda dəstəkləmək istəyən azərbaycanlı azarkeşlərə ümumilikdə 1254 ədəd vauçer ayrılıb. Azarkeşlər vauçerləri əldə edərək oyun günü "T.JUK South Stand" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidirlər. Biletlərin qiyməti 30 avrodur.
Vauçerləri biletlərə dəyişmək üçün kassalar oyundan 2 saat əvvəl açılacaq.
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" görüşü avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.
Oxşar xəbərlər
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
"Qarabağ" Çempionalar Liqasının pley-off qarşılaşması üçün Xorvatiyaya yola düşdü
"Qarabağ"la oyundan öncə Zaqrebə dolu yağıb - VİDEO
Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Dinamo Zaqreb"lə ilk görüşünə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













