Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək
Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək.
"Far.Az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabah çox ciddi rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm".
Q.Qurbanov III təsnifat mərhələsində qalib gəldikləri "Ludoqorets" (Bolqarıstan) komandası ilə "Dinamo" kollektivlərinin fərqli rəqiblər olduğunu söyləyib:
"Xorvatlar daha təcrübəlidirlər. Nəticə qazanmaq üçün maksimum əllərindən gələni edirlər. Elə bir mərhələdəyik ki, komandamız özünü daha da yaxşı hiss edir və oyundan-oyuna hazırlıqlarını bir qədər də artırırlar. Biz hər dəfə mərhələ adladıqca qarşımıza daha ciddi rəqib çıxır. Bu da həyəcan və məsuliyyətin artmasına səbəb olur".
Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Oxşar xəbərlər
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır
Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək
“Qarabağ”ın rekordu qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













