Mədəniyyət Nazirliyindən Cabir İmanovun ölümü ilə bağlı NEKROLOQ
Far.Az xəbər saytı

Mədəniyyət Nazirliyindən Cabir İmanovun ölümü ilə bağlı NEKROLOQ


Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib.

Far.Az xəbər verir ki, tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.

Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN "Əsrin çempionu" adına layiq görülüb. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.

Bir sıra filmlərdə maraqlı obrazlar canlandıran Cabir İmanovun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

O, 2015-ci ildə "Əməkdar artist" fəxri adı, 2021-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Cabir İmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət etsin.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
49 yaşında qəfil vəfat edən polis polkovniki, Əməkdar artist Cabir İmanovun HƏYAT HEKAYƏSİ
49 yaşında qəfil vəfat edən polkovnik, Əməkdar artist Cabir İmanovun HƏYAT HEKAYƏSİ
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Mehriban Əliyevanın doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər