Komada olan Əməkdar mədəniyyət işçisinin oğlu: "Həkimlər 72 saat vaxt veriblər"
"Atamın elə bir xəstəliyi yox idi. Yoxlatmışıq, maqnit rezonans tomoqrafiyası (MRT) etdirmişik, kompüter tomoqrafiyasından (KT) keçib, heç nə aşkarlanmayıb".
Far.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin oğlu Səbuhi Vaqifoğlu deyib.
"Atam qızdırma, halsızlıq və iştahasızlıqdan əziyyət çəkirdi. Qanında infeksiya var deyirlər, amma onun nə olduğunu hələ tapa bilmirlər. Bunu araşdırmaq üçün də bütün lazımi analizləri vermişik. Ötən həftənin cümə günü xəstəxanaya gətirmişik, dünən səhərdən komaya düşüb. Həkimlərin sözlərinə görə dünəndən bu günə az da olsa, səhhətində irəliləyiş var. Məsələn, dünən təzyiqini ağır dərmanlarla qaldırırdılar, bu gün yüngül dərmanlardan istifadə ediblər. Süni nəfəs aparatına qoşulduğu üçün 72 saat vaxt verilib, görək nəticələr nə göstərəcək", - deyə S.Vaqifoğlu bildirib.
***15;24
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti kəskin ağırlaşıb.
Far.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun oğlu, jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.
O bildirib ki, atası gecə saatlarında komaya düşüb və Bakıda klinikaların birində süni nəfəs aparatına qoşulub.
Qeyd edib ki, 67 yaşlı V.Vəliyevin komadan ayılması üçün müalicə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsinin başlamasından 4 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













