"Qarabağ"ın futbolçusu Salah və Mbappenin nailiyyətini təkrarlayıb
Far.Az xəbər saytı

"Qarabağ"ın futbolçusu Salah və Mbappenin nailiyyətini təkrarlayıb


"Qarabağ" klubunun yarımmüdafiəçisi Abdullah Zubir avrokuboklarda nadir göstəriciyə imza ataraq, dünya futbolunun ulduzları ilə bir sırada yer alıb.

BAKU.WS xəbər verir ki, 33 yaşlı fransalı oyunçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Kopenhagen"ə qarşı keçirilən matçda fərqlənməklə bu uğura nail olub.

Zubir bununla son 8 mövsüm ərzində avrokubokların əsas mərhələsində ardıcıl olaraq qol vuran 6 futbolçudan birinə çevrilib.

Onunla bərabər bu siyahıda "Real Madrid"in hücumçusu Kilian Mbappe, "Bavariya"nın forvardı Harri Keyn, "Liverpul"un ulduzu Məhəmməd Salah, "İnter"in kapitanı Lautaro Martines və "Atletiko Madrid"dən Antuan Qrizmann da yer alır.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının II turunda "Kopenhagen"i Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub etdi
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər