Ayaq əyriliyini düzəltdirmək istəyən qadın estetik əməliyyatın qurbanına çevrildi - Bakıda DƏHŞƏTLİ İDDİA
Far.Az xəbər saytı

Ayaq əyriliyini düzəltdirmək istəyən qadın estetik əməliyyatın qurbanına çevrildi - Bakıda DƏHŞƏTLİ İDDİA


Paytaxtda yerləşən özəl klinikaların birində edilən estetik əməliyyat faciə ilə nəticələnib. 25 yaşlı Ləman Nəbiyeva (ad şərtidir) hər iki ayağının baldır hissəsinə estetik görünüş vermək istəyərkən, iddiaya görə, istifadə olunan keyfiyyətsiz maddə səbəbindən hərəkət qabiliyyətini itirmə təhlükəsi ilə üzləşib.

BAKU.WS "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, o, "TikTok" sosial şəbəkəsində gördüyü elan əsasında klinikaya müraciət etdiyini bildirib. Məqsədi ayaqları qalınlaşdırmaq olub, lakin əməliyyatdan iki ay sonra baldır hissələrində çürümə prosesi başlayıb.

Ləman Nəbiyeva əməliyyatdan cəmi iki gün sonra ayaqlarında qızartılar və dolğunun vurulduğu nöqtədə çirk əmələ gəldiyini qeyd edib. O, bu problemlərlə bağlı dəfələrlə həkim Xəyalə İsmayılovaya (ad şərtidir) müraciət etsə də, həkim onu bütün sosial şəbəkələrdə blok edib.

İki ildir müxtəlif tibb müəssisələrində müalicə alan Ləman Nəbiyeva aparılan müayinələr və mütəxəssis rəyləri nəticəsində dəhşətli faktı öyrənib: onun ayağına dolğu adı ilə vurulan gel əslində vazelin olub.

Bu iddia daha sonra Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komissiya-Ekspertizalar Şöbəsi tərəfindən də təsdiqlənib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Hadisə özəl tibb xidmətləri sektorunda nəzarət və keyfiyyət məsələlərini bir daha aktuallaşdırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər