III MDB Oyunları: Bu gün 11 idman növü üzrə yarışlar keçiriləcək
Far.Az xəbər saytı

III MDB Oyunları: Bu gün 11 idman növü üzrə yarışlar keçiriləcək


III MDB Oyunlarında bu gün 11 idman növü üzrə yarışlar keçiriləcək.

Far.Az report-a istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda futbol üzrə final matçı baş tutacaq.

Saat 14:00-da Azərbaycan və Rusiyanın U-16 yığmaları üz-üzə gələcək.

Sözügedən şəhərdə həmçinin badmintonçular bacarıqlarını göstərəcəklər.

Azarkeşlər daha çox Gəncədə keçirilən yarışlara şahidlik edəcəklər. Gəncə İdman Sarayında 17 yaşadək oğlan voleybolçulardan ibarət Belarus millisi Özbəkistanla, Azərbaycan isə Rusiya ilə qarşılaşacaq.

Adı çəkilən arenada qılıncoynatma üzrə yarışda növbəti medalçılar müəyyənləşəcək. Gəncə İdman Sarayında güllə atıcılığı yarışı da başlayacaq.

Gəncə Olimpiya Kompleksində isə qadın pəhləvanlar və sərbəst güləşçilər arasında qaliblər bəlli olacaq.

Şəkidə çövkən üzrə yarımfinal matçları keçiriləcək.

Yevlax Olimpiya İdman Kompleksində boks üzrə qızıl medal uğrunda görüşlər reallaşacaq.

Xankəndidə isə kamandan oxatma yarışı davam edəcək.

Mingəçevirdə karate yarışında son günün qaliblərinin adları müəyyənləşəcək.

Göygöldə isə cüdo üzrə mübarizə start götürəcək.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Oxşar xəbərlər

III MDB Oyunları: Üzgüçülüyün daha iki növündə medalçılar müəyyənləşib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışları başladı
Azərbaycan üzgüçüsü III MDB Oyunlarında qızıl medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər