

"Sovetski"də aparılan söküntü ilə bağlı VACİB AÇIQLAMA
"Son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən Bakının Yasamal rayonunda, "Sovetski" adlanan ərazidə guya arxitektur binaların sökülməsi ilə bağlı əsassız məlumatlar paylaşılır. Bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır".
BAKU.WS-in məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətindən məlumat verilib.
"Məlumat üçün bildiririk ki, "Sovetski" ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır. Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya da yaradılıb.
Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır.
Qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır.
Bir daha qeyd edirik ki, söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir. "Sovetski"də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir",-deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
-
Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi
-
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
-
Xalq artisti: "Bir gün hər şeyi itirəcəksən"
-
Stoltenberq: "2018-ci ildə NATO-nun dağılma riski real idi"