Bu şəxslərə XƏBƏRDARLIQ - Ölkəyə gətirilən peyvəndlər onlar üçün VACİBDİR
Far.Az xəbər saytı

Bu şəxslərə XƏBƏRDARLIQ - Ölkəyə gətirilən peyvəndlər onlar üçün VACİBDİR


Azərbaycanda qripdən qorunmaq məqsədilə vaksinasiya kampaniyasına start verilir. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəyə Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan təhlükəsiz və keyfiyyətli vaksinlər gətirilib.

O da bildirilir ki, peyvəndləmə könüllü prinsiplər əsasında həyata keçiriləcək. Bəs görəsən kimlərə qrip peyvəndi etdirmək vacibdir?

Məsələ ilə əlaqədar Far.Az-ə açıqlama verən infeksionist Mərdan Əliyev bildirdi ki, dekabr ayından mart ayına qədər qripin sezonudur. Bu aylarda qrip sürətlə artır. Buna görə də dekabr ayından öncə, hər il qrip peyvəndi olmaq lazımdır.

Həkimin sözlərinə görə, qrip peyvəndi yalnız qripdən qoruyur. Kəskin respirator xəstəliklər isə müxtəlif viruslardan törədilir. Buna görə də peyvənd o virusun qarşısını almır:

"Qrip kəskin respirator xəstəliklər arasında ən ağır versiyadır. Ağırlaşma hallarında pnevmaniyaya səbəb olur".

M. Əliyev deyir ki, risk qrupuna daxil olan şəxslər peyvənd etdirməlidir:

"Buaraya 65 yaşdan yuxarı, xroniki xəstəliyi olanlar, orqan transplantasiyası olanlar, müəyyən dərmanlar qəbul edənlər və s. şəxslər aiddir".

Xatırladaq ki, Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək, qripə qarşı vaksinasiyanın ödənişsiz olduğunu və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparıldığını bəyan edib.

Banu Hüseynli

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər