Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA
Azərbaycan Həndbol Federasiyasında çalışan idmançılar və məşqçilər aylardır maaş ala boilmir.
Bu barədə Far.Az-in "qaynar xətti"nə komandanın üzvləri müraciət edib.
Məlumata görə, artıq bir neçə aydır əməkhaqları ödənilmir.
"Yanvar ayında bütün idmançılar üçün VÖEN açılsa da, yalnız bir aylıq ödəniş edilib. Hazırda federasiyada və klublarda təxminən 200-250 nəfər maaş ala bilmir".
Həmçinin qeyd olunub ki, komanda üzvləri ilə rəsmi əmək müqaviləsi bağlanmayıb.
"Federasiya artıq 10 ildir həndbol fəaliyyəti ilə məşğuldur və bu 10 il ərzində bizə rəsmi şəkildə işlə təmin olunacağımız vəd edilib. Lakin reallıqda bu vədlərin heç biri yerinə yetirilməyib".
Məsələ ilə bağlı federasiyanın baş katibi Yusif Atakişiyevlə əlaqə saxladıq. O Far.Az-ə açıqlama verərək maliyyə çətinliklərinin olduğunu təsdiqləyib.
Təəssüf hissi ilə bildiririk ki, Federasiyanin maliyyə sıxıntıları var. 3 ay yox 2 aydır ki əməkhaqqlarını ödəyə bilmirik. O da doğrudur ki, VÖEN-lə ödəniş etmişik, oyunçu və məşqçilərlə xidməti müqavilə bağlamışıq.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib
-
Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya...













