Gəncədə yeniyetmə qətlə yetirilib, 18 yaşlı oğlan polisə təslim olub
Far.Az xəbər saytı

Gəncədə yeniyetmə qətlə yetirilib, 18 yaşlı oğlan polisə təslim olub


Gəncədə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Gəncə şəhər prokurorluğundan Far.Az-ə verilən məlumata görə, oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***20:11

Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.

2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R.Cəfərov polisə gedərək ifadə verib.

***18:44

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.

Gəncədə yeniyetmə qətlə yetirilib, 18 yaşlı oğlan polisə təslim olub

Polkovnik-leytenant rütbəsi ilə xidmət etmiş R.Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi olub. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun tutulması istiqamətində əməliyyat tədbirləri aparır. Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.

Oxşar xəbərlər

Polkovnik-leytenantın oğlunu öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Göyçayda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər