Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı ittiham aktının detalları açıqlanıb
Far.Az xəbər saytı

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı ittiham aktının detalları açıqlanıb


Ermənistanın Şəki (Zəngəzur) kəndinə keçən Azərbaycan hərbçisi Nəsimi Musayevin yerli sakin Ani Avetisyana atəş açaraq onu yaraladığı iddia olunur. İttiham aktında hadisənin təfərrüatları yer alıb.

Far.Az Ermənistan mediasına istinadən xəbər verir ki, sənədə əsasən, Nəsimi Musayev sentyabrın 26-da saat 20:00–22:00 aralığında üzərində "Kalaşnikov" avtomatı, süngü-bıçaq və 140 patron olmaqla sərhədi keçib.

İddia olunur ki, o, Şəki kəndindəki boş evlərdən birinə daxil olaraq oradan 19 min dram, smart saat, mobil telefon və bank kartı götürüb.

Oktyabrın 1-də evə qayıdan Ani Avetisyanın övladlarını silahla hədələyərək telefonlarını alıb və otaqdan çıxmalarına icazə verməyib. Hadisədən xəbər tutan qadın evə gəldikdə isə Musayevin ona altı dəfə atəş açdığı bildirilir. Nəticədə Avetisyan ayağından yaralanıb, həmçinin sol əlindən ağır xəsarət alıb.

Bundan sonra hadisə yerindən qaçan Musayev qonşu evlərdən birinin tövləsində gizlənib. O, sonradan aşkarlanaraq saxlanılıb.

Xatırladaq ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Ermənistan məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər