Yeni tikilən binada TƏHLÜKƏ: Mənzilin arakəsməsi aşmaq üzrədir
Far.Az xəbər saytı

Yeni tikilən binada TƏHLÜKƏ: Mənzilin arakəsməsi aşmaq üzrədir


Yeni tikilən binada mənzilin arakəsməsi hər an aşmaq təhlükəsi ilə üz-üzədir.

BAKU.WS "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bununla bağlı görüntülərin Sumqayıtda yeni tikilən binalardan birində qeydə alındığı iddia olunur. Mənzilin divarına toxunduqda, divar yırğalanır.

Mövzu ilə bağlı danışan inşaat eksperti Muxtar Ərturan deyib ki, görüntüdəki mənzilin arakəsməsinin qəzalı olmasına səbəb tikinti zamanı istifadə olunan materialın keyfiyyətsiz olmasıdır.

Ekspert bildirib ki, yeni tikilən binalarda tikintiyə ciddi nəzarət olsa da, mənzillərin təmiri prosesinə hansısa qurum tərəfindən nəzarət olunmur. Bu səbəbdən də bəzi tikinti şirkətləri xərcləri azaltmaq səbəbi ilə kustar üsulla hazırlanmış kərpiclərdən istifadə edirlər. Lakin sözügedən materialın bazarda yüksəkkeyfiyyətli əvəzediciləri mövcuddur.

Onun sözlərinə görə, hazırda əksər inkişaf etmiş ölkələrdə kərpic əvəzinə daha keyfiyyətli materialların istifadəsinə yer verilir.

Ətraflı videomaterialda:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub
Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər