Azərbaycanlı rejissorun Xəzərdəki ekoloji problemlərlə bağlı filmi İtaliyada mükafata layiq görülüb
Azərbaycanlı rejissor Suad Qaranın "Requiem for the Caspian" filmi "Pianeta Mare" Film Festivalında "Xüsusi Fərqlənmə" mükafatına layiq görülüb.
Far.Az report-a istinadən xəbər verir ki, Gənc Münsiflər Heyəti tərəfindən mükafata layiq görülən qısametrajlı film Xəzər dənizinin su səviyyəsinin sürətlə azalmasının nəticələrini poetik dillə tədqiq edir.
Azərbaycan, Böyük Britaniya və İtaliyanın birgə istehsalı olan ekran işi "Zeitgeist19" Fondu tərəfindən ərsəyə gətirilib.
Filmin rejissoru Suad Qara, ssenari müəllifləri Suad Qara və Almagül Menlibayeva, prodüseri Fərəh Piriyə Koen, bəstəkarı Eucenio Mazzetto, operatoru Alisa Tareliçeva, montaj rejissoru isə Rinat Bekçintayevdir.
Qeyd edək ki, "Pianeta Mare" Film Festivalı hər il İtaliyanın Neapol şəhərində keçirilir. Festival okean, su və ətraf mühitin davamlılığını araşdıran filmləri təqdim edir.
Oxşar xəbərlər
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













