Azərbaycanda bu şəxslərə faizsiz kreditlər veriləcək - Gələn ildən...
Gələn ildən islam bankçılığı çərçivəsində Azərbaycanda faizsiz kreditlərin verilməsi nəzərdə tutulur.
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, islam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur, lakin bu, pulu qazancsız vermək mənasına gəlmir.
"İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, ölkəmizdə planlaşdırılan İslam bankçılığı məhsullarından ilkin olaraq "Murabaha" təqdim olunacaq. Bu alətdən də əsasən sahibkarlar, iş adamları yararlana biləcəklər.
Ruslan Atakişiyev qeyd edib ki, İslam dinində faiz haram hesab olunduğundan kredit faizsiz, lakin ticarət anlayışı ilə veriləcək. Yəni vətəndaşın əldə etmək istədiyi məhsulu bank alacaq və vətəndaşa üzərinə pul qoyub, ödənişi hissələrə bölüb satacaq.
Nəticə olaraq demək olar ki, vətəndaşın itirdiyi məbləğ dəyişmir. Sadəcə bu dəfə vətəndaşın artıq ödədiyi məbləğ faiz yox, ticarət adlanır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Problemli kreditlərdən necə xilas ola bilərik?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













