Hazırda Azərbaycanda 730 narkoman müalicə alır
Far.Az xəbər saytı

Hazırda Azərbaycanda 730 narkoman müalicə alır


Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə üç məntəqədə (Respublika Narkoloji Mərkəzində 287, QİÇS-lə Mübarizə Mərkəzində 314, Sumqayıt Narkoloji Mərkəzində 129 nəfər) 730 xəstə müalicə alır.

Far.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd olunub.

Bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

2025-ci ilin sentyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 46 (4,8%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Oxşar xəbərlər

Bu il İİV-ə yoluxmuş 52 nəfər narkotik istifadəçiləri olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Nail Kəmərli: "Narkomaniyanın artmasının əsas səbəblərindən biri ailə faktorudur"
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub - RƏSMİ
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər