Pensiya yaşı nə vaxt dəyişdiriləcək?
Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı sənəddə bildirilir ki, Azərbaycanda uzunmüddətli dövrdə əhalinin yaşlanması, gözlənilən orta ömür müddəti və digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər.
Vurğulanıb ki, 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74 il 6 ay təşkil etsə də, BMT-nin proqnozlarına əsasən, mövcud artım tendensiyasının davam edəcəyi halda 2050-ci ildə 78 il 6 ay olacağı gözlənilir. Həmçinin 2024-cü ildə 65 yaşdan yuxarı şəxslər əhalinin 9,1 faizini təşkil etdiyi halda bu göstəricinin 2050-ci ilin sonunadək 2 dəfə artacağı, yəni 18,1 faizə çatacağı gözlənilir.
Maraqlıdır, bu baxımdan pensiya sistemində hansısa dəyişikliklər ola bilərmi? Hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanda sürətlə nəsilvermə əmsalı aşağı düşməkdədir: "Ölkəmizdə demoqrafik vəziyyətin pisləşməsi gözlənilir. Bu da dövlətin sosial yükünün artmasına gətirib çıxaracaq".
Ekspert xatırladırlar ki, Avropada pensiya yaşının artırılmasının səbəbi əhalinin yaş tərkibinin ciddi dəyişməsi nəticəsində sosial təminatın həyata keçirilməsindəki çətinliklərdir. Bu baxımdan Azərbaycanda evlilik istiqamətindəki məhdudlaşdırıcı tədbirlər bu problemi uzunmüddətli dövrdə ölkəmiz üçün də aktuallaşdıra bilər. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 64 il 6 aydır.
Qanunvericiliyə görə, hər bir təqaüdçünün 12 il pensiya ödənişi alması nəzərdə tutulub. Lakin orta ömür uzunluğunun hələ 2024-cü ildə 74 il 6 aya çatdığını nəzərə alanda, əhalinin orta hesabla 9 il 6 ay-10 il pensiya aldıqları məlum olub.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Əhalinin NƏZƏRİNƏ! - Pensiya ilə bağlı islahatlar olacaq
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













