Proteinli içkilər yaşlanmanı sürətləndirə bilər
Hal-hazırda yüksək protein tərkibli məhsullar çox populyardır. Protein əzələlər, sümüklər və dərinin sağlamlığı üçün vacibdir və həmçinin çəkinin idarə olunmasına kömək edir. Lakin müasir proteinli kokteyllər, tozlar və barlar bəzi hallarda orqanizmin daha sürətlə yaşlanmasına səbəb ola bilər.
Far.Az xəbər verir ki, mütəxəssislər bunu üç əsas səbəblə izah edirlər:
-Xroniki xəstəliklərlə əlaqəli tərkiblər: Bu məhsullar ultra emal olunmuş qidalar hesab olunur və tədqiqatlar göstərir ki, belə qidaların çox istehlakı ürək xəstəlikləri, 2-ci tip şəkərli diabet və digər xroniki xəstəliklərin riskini artırır. İnsanlar gündəlik kaloriyalarının böyük hissəsini ultra emal olunmuş məhsullardan aldıqda, bioloji yaşları daha yüksək olur.
-Gizli şəkər və dadlandırıcılar: Sukraloz kimi maddələr iltihaba səbəb olur və metabolik xəstəliklərin riskini artırır. Həmçinin bu maddələr bağırsaq mikrobiotasına təsir edir və hüceyrələr üçün toksik ola bilər. Araşdırmalar göstərir ki, hər növ şəkər – hətta təbii olan da – yaşlanmanı sürətləndirir.
-Tam qidalardan məhrum olmaq: Protein ehtiyacını yalnız barlar, kokteyllər və tozlarla qarşılamaq orqanizmin digər faydalı qidalardan məhrum olmasına səbəb olur. Bu isə ümumi sağlamlıq və uzunömürlülük üçün mənfi təsir yarada bilər.
Ekspertlər vurğulayırlar ki, protein ehtiyacını tam qidalar vasitəsilə qarşılamaq və ultra emal olunmuş məhsullardan həddindən artıq istifadə etməmək orqanizmin sağlamlığı üçün daha faydalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Restoranlarda qida TƏHLÜKƏSİ: Zəhərlənməmək üçün nə etmək lazımdır?
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













