Qurban Qurbanov: "Atletik"ə qarşı çəkinmədən mübarizə aparacağıq
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Atletik"ə qarşı çəkinmədən mübarizə aparacağıq


"Sabah çox yaxşı komandaya qarşı oynayacağıq".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın "Atletik" klubu ilə keçiriləcək III tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin oyun tempinə tab gətirməyə çalışacaqlarını deyib: "İstəyirik ki, azarkeşlər oyunumuzdan razı qalsınlar. Rəqibin təcrübəli baş məşqçisi var. Özünəxas oyun üslubu olan kollektivdir. Çox dinamik və sürətli oynayan komandadır. Bizim də təcrübəmiz ildən-ilə artır. Rəqib xal qazanmaq üçün çox istəklidir. Hər bir halda biz də yaxşı nəticə üçün çalışacağıq. Oyundan-oyuna məsuliyyətimiz və həvəsimiz daha da artır. İki matç və iki qələbə çox ümidvericidir. Ölkə futbolu üçün də olduqca önəmlidir. Həmişə üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmışıq. Bu dəfə də çəkinmədən mübarizə aparacağıq".

Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər