Qızılın son QİYMƏTİ - Artıb, ya azalıb?
Far.Az xəbər saytı

Qızılın son QİYMƏTİ - Artıb, ya azalıb?


Qızılın sürətli yüksəlişi bu gün dayanıb. Çərşənbə axşamı qiymət 5 faizdən çox ucuzlaşaraq son on ilin ən böyük tənəzzülünü yaşayıb.

Far.Az xəbər verir ki, bir gün əvvəl rekord 4 381 dollarla zirvəyə çatan qızıl, ertəsi gün 4 082 dollara qədər düşüb. ABŞ-də qızıl fyuçersləri 5,7 faiz ucuzlaşıb. Bu, 2013-cü ildən bəri ən böyük gündəlik itki hesab olunur.

Analitiklər bildirirlər ki, qiymətlərin azalması uzunmüddətli alış dalğasından sonra investorların qazanc götürməsi ilə bağlıdır.

Xatırladaq ki, 2025-ci ildə qızıl 50 faizdən çox bahalaşaraq 11 Sentyabr, 2008 maliyyə böhranı və pandemiya dövrlərini belə geridə qoymuşdu.

Ekspertlər ABŞ və Çin arasında ticarət gərginliyinin azalması və dolların möhkəmlənməsinin də satışları sürətləndirdiyini qeyd edirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
İsrail-İran münaqişəsi və valyuta bazarı: Dolların mövqeyi zəifləyə bilərmi?
İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - FOTO - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər