Azərbaycanın həndbol millisinin İslamiadadakı hədəfi bəlli olub
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı hədəfi bəlli olub.
Bu barədə "Report"a yığmanın baş məşqçisi Aleksandr Revva açıqlama verib.
O, yarışda mükafatçılar sıranasına düşmək istədiklərini bildirib.
"Turnirə hazırlığın ilk mərhələsini Bakıda keçdik, hazırda isə 10 günlük təlim-məşq toplanışı üçün Mingəçevirdəyik. Burada xüsusi fiziki hazırlığı texniki-taktiki çalışmalarla birləşdiririk. Oyun təcrübəsini artırmaq məqsədilə "Kür" komandası ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Toplanış ayın 30-dək davam edəcək, yekun mərhələ isə Bakıda təşkil olunacaq. Ümumilikdə oyunçuların məşqlərə yanaşmasından və göstərdikləri fədakarlıqlardan çox razıyam".
Mütəxəssis İslamiadadakı rəqiblər haqqında tam məlumatının olmadığını söyləyib:
"Çünki komandaların bəziləri hələ turnirdə iştiraklarını rəsmən təsdiqləməyiblər. Biz bu yarışa ciddi məqsədlərlə hazırlaşırıq. Əsas hədəfimiz medallar uğrunda mübarizə aparmaq, ən azı mükafatçılar sırasına düşməkdir. Komandamız bu məqsədə çatmaq üçün bütün gücü ilə çalışacaq".
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək keçiriləcək.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb













