SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Uzbekneftegaz" SC arasında neft-qaz sənayesində süni intellektin tətbiq olunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, əməkdaşlıq çərçivəsində SOCAR-ın hazırladığı süni intellekt həllərinin alınması, təcrübə və mütəxəssis mübadiləsi, SOCAR-ın rəqəmsal transformasiyanı, istehsal proseslərinin rəqəmsallaşdırılmasını və səmərəliliyini artırması, həmçinin informasiya texnologiyaları sahəsində konsultasiya xidmətləri göstərməsini nəzərdə tutulur.
Memorandum çərçivəsində tərəflər qarışdırma parametrlərinin optimallaşdırılması ilə dizel yanacağı istehsalının artırılmasına yönələn süni intellekt əsaslı layihələr, əməliyyat qruplarının işini dəstəkləyən böyük dil modelini (Large Language Model - LLM), həmçinin geoloji və enerji məlumatlarının təhlilinin avtomatlaşdırılmasına yönələn "Seismic AI" (seysmik süni intellekt) və ENOM həllərinin hazırlanmasını planlaşdırır.
Bundan əlavə, SOCAR şirkətin bütün biznes proseslərini birləşdirən vahid məlumat arxitekturasının yaradılması, eləcə də seysmik və qazma məlumatlarının tam rəqəmsallaşdırılması və vizuallaşdırılmasını təmin edən ODLAR və "Daily Drilling" layihələrində konsultasiya dəstəyi göstərəcək.
Anlaşma Memorandumu neft və qaz sənayesində süni intellekt texnologiyalarının tətbiqini inkişaf etdirəcək. Bu əməkdaşlıq enerji sektorunda innovativ yanaşmaların tətbiqini təşviq etməklə yanaşı, iki ölkənin iqtisadi əməkdaşlığını və texnoloji tərəfdaşlığını daha da möhkəmləndirəcək.
Qalereya
Oxşar xəbərlər
SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"













