Namaz qılarkən arvadını öldürən şəxsə HÖKM OXUNDU
Far.Az xəbər saytı

Namaz qılarkən arvadını öldürən şəxsə HÖKM OXUNDU


Xəzər rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxışında Ramil Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Müşavirədən sonra elan olunan hökmə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttiham aktına görə, Ramil Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşını idman aləti olan beysbol çubuğu ilə döyərək qətlə yetirib.

Qeyd edək ki, hadisə 2025-ci il fevralın 8-də Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Məlumata əsasən, 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova namaz qıldığı zaman həyat yoldaşı tərəfindən küt alətlə vurularaq öldürülüb.

Ramil Məmmədovun daha əvvəl törətdiyi digər cinayətə görə 7 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda həyat yoldaşını namaz qılarkən qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIB
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər